Xaçmazda çaqqallar kənd sakinlərinə hücum edib: Yaralananlar var

6898371be8a8a6898371be8a8b17548060436898371be8a886898371be8a89

Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edib.

RegionXəbərləricom.az “Report”a istinadən xəbər verir ki, hadisə Xaçmaz rayonunun Əhmədoba kəndində baş verib.

Çaqqallar həyətyanı sahəyə girərək, bağda fındıq yığan 3 nəfərə hücum edib, onları dişləyib.

Belə ki, xəsarət alan kənd sakinləri – 1956-cı il təvəllüdlü V.Məmmədəliyeva, 1971-ci il təvəllüdlü İ.Hacıyev və 1971-ci il təvəllüdlü X.Quliyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılara ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.

Faktla bağlı araşdırma aparılır.