Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılovun doğum günü qeyd olunur
Mingəçevir şəhərinin inkişafı və abadlığı istiqamətində həyata keçirilən işlərdə mühüm rolu olan, gənc, enerjili və müasir idarəçilik üslubu ilə seçilən bələdiyyə sədri Anar İsmayılov şəhər ictimaiyyətinin dərin hörmətini qazanıb. Vətəndaşlarla daim birbaşa ünsiyyətdə olması, sosial məsələlərə həssas yanaşması və şəhərin gələcək inkişafı üçün həyata keçirdiyi layihələr, onun peşəkar fəaliyyətinin göstəricisidir.
Anar İsmayılovun rəhbərliyi ilə son dövrdə Mingəçevirdə abadlıq işlərinin sürətləndirilməsi, yeni infrastruktur layihələrinin icrası, yaşıllıqların salınması və sosial yönümlü təşəbbüslərin reallaşdırılması şəhərin simasını müsbət yöndə dəyişib. Onun şəhərin gələcəyinə dair uzaqgörən planları Mingəçevirin regionun nümunəvi şəhərlərindən birinə çevrilməsi istiqamətində mühüm addımlardır.
Bu gün isə Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılovun doğum günüdür. Şəhər ictimaiyyəti, həmkarları və onu yaxından tanıyanlar bu münasibətlə onu səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür, ailə xoşbəxtliyi və fəaliyyətində yeni uğurlar arzulayırlar.
Ad gününüz mübarək, hörmətli Anar İsmayılov!