Mingəçevir Dövlət Universitetində yeni kampusun tikintisinə start verildi
Mingəçevir Dövlət Universitetinin (MDU) yeni kampusunun tikintisinə rəsmi olaraq başlanılıb. Bu münasibətlə universitetin rektoru Anar Eminov kampus ərazisinə baxış keçirib və aparılan işlərlə tanış olub.

7 hektar ərazidə inşa ediləcək müasir kampus universitet kollektivi və tələbələr üçün geniş imkanlar yaradacaq. Layihə çərçivəsində aşağıdakı infrastruktur obyektlərinin istifadəyə verilməsi nəzərdə tutulur:

- Tədris binaları
- Konfrans zalı və kitabxana
- Oğlan və qız tələbələr üçün yataqxanalar, müəllimlər üçün studio tipli mənzillər
- Hotel binası
- Peşə məktəbi
- Açıq və qapalı idman zalları
- Müasir laboratoriyalar
- Biznes inkubasiya və startap mərkəzləri
- Tələbələr üçün müxtəlif istirahət və asudə guşələr

Yeni kampus layihəsi MDU-nun yalnız tədris imkanlarını genişləndirməklə kifayətlənməyəcək, həm də universitetin regionun aparıcı ali təhsil müəssisələrindən biri kimi mövqeyini daha da möhkəmləndirəcək.

Esmira Hidayətova, Mingəçevir