Elm və Təhsil Nazirliyinin konfransında Mingəçevir təmsilçiləri

InShot_20250912_165956785

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə ölkənin müxtəlif bölgələrindən məktəb və lisey rəhbərlərinin iştirakı ilə genişmiqyaslı konfrans keçirilib. Tədbirin məqsədi təhsil müəssisələri arasında təcrübə mübadiləsini gücləndirmək, idarəetmədə yeni yanaşmaların tətbiqini müzakirə etmək və gələcək inkişaf strategiyalarını müəyyənləşdirmək olub.

Konfransda Mingəçevir şəhəri də iki nüfuzlu təhsil ocağının xanım direktorları ilə təmsil olunub. Tədbirə dəvət olunanlar arasında:

  • Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin direktoru Aidə İsmayılova,
  • Mingəçevir şəhər R. Muradov adına Texniki-Humanitar Liseyin direktoru Nailə Məmmədova iştirak edəcəklər.

Onların seçilməsi Mingəçevir təhsilinə verilən önəmin göstəricisi olmaqla yanaşı, şəhərin təhsil mühitində qadın rəhbərlərin artan rolunu da təsdiqləyir.

Qeyd edək ki, hər iki direktor uzun illərdir təhsil sahəsində fəaliyyəti, idarəçilik bacarığı və innovativ yanaşmaları ilə tanınır. Konfrans çərçivəsində onlar həm yerli, həm də beynəlxalq təcrübələr barədə fikir mübadiləsi apararaq Mingəçevir təhsilinin gələcək inkişafı üçün yeni ideyalar irəli sürəcəklər.