Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb.
📌 Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb.
📌 İllərdir ki, fəaliyyəti dayandırılan teatrın Bədii Şurası 16 senytabr tarixindən yeni heyətin iştirakı ilə bərpa edilib.
📌 Sözügedən tarixdə keçirilən iclasda aşağıdakı şəxslər səsvermə yolu ilə Bədii Şura tərkibinə daxil ediliblər.

1. Vəfadar Rəhimov- Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən (sədr)
2. Ella Yaqubova- Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü (üzv)
3. Qabil Məmmədov- “Tərəqqi” medallı teatrın 14-cü dərəcəli aktyoru (üzv)
4. Elçin Məhərrəm – Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, teatrın ədəbi hissə müdiri (məsul katib)
5. Könül Hacıyeva – Teatrın truppa müdiri (üzv)
6. Arif Məmmədov – Teatrın 14-cü dərəcəli aktyoru (üzv)
7. Könül Ahəngari – Teatrın baş inzibatçısı (üzv)
8. Rövşən Məmmədov – Teatrın quruluş hissə müdiri (üzv)
9. Cavid Təvəkkül – Prezident mükafatçısı, tanınmış kino və teatr rejissoru, Mingəçevir MODERN Teatrının bədii rəhbəri (üzv)
10. Elşən Əzim- Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət şurasının üzvü, şair (üzv)
11. Rizvan Mikayıllı – Mingəçevir Şəhər İcra Hakimiyyətinin 1 N-li sahə inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi, şəhər ziyalısı (üzv).
12.Elşən Əliyev – Mingəçevir şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələləri üzrə müdir müavini (üzv)
13.Validə Əlizadə- pedaqoq, “Üçüncü Bahar” Yaşlılara dəstək İctimai Birliyi “YAŞA” mərkəzinin rəhbəri (üzv)



