Ucar sakini iş yerində vəzifə dəyişdirilməsindən şikayətçidir
Ucar rayonunun Təzəşilyan kənd sakini Bəkirov Şükran Əsgər oğlu uzun illər işlədiyi dəmir yolunda vəzifəsindən azad edilərək stansiya növbətçisi vəzifəsinə təyin edildiyini bildirir. Onun sözlərinə görə, bu qərar barədə əvvəlcədən məlumat verilməyib və uzun illərin iş stajı nəzərə alınmadan daha aşağı vəzifəyə keçirilib.
Şikayətçi qeyd edir ki, bu qərarla razılaşmadığından dəfələrlə məsələni səlahiyyətli şəxslərə çatdırmaq istəsə də, heç bir nəticə əldə edə bilməyib. Hətta Azərbaycan Dəmir Yolları QSC-nin sədri Rövşən Rüstəmovun qəbuluna düşmək üçün müraciət etdiyini, lakin ona maneə törədildiyini iddia edir.
Məsələ ilə bağlı şikayətçinin bolge.az-a ünvanladığı video müraciəti də diqqətinizə təqdim edirik.