Bir İnsan Köçdü Dünyadan…

InShot_20251028_145156353

Həqiqi insan dünyadan köçəndə, özündən sonra gözəl ad, ləyaqətli övlad və onu tanıyanların qəlbində silinməz xatirələr qoyur.

Bu gün Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin sinif müəllimi, şagirdlərin sevimlisi, lisey ailəsinin dərin hörmətini qazanmış İsmayılova Lamiyə Sabir qızı haqq dünyasına qovuşdu.

Onu tanıyanlar bu amansız taleyin yazısı ilə barışmaq məcburiyyətindədirlər. Çünki bu, həyatın dəyişməz qanunu, taleyin qaçılmaz həqiqətidir.
Ancaq unutmaq olmaz: yalnız o insanlar ölür ki, özlərindən sonra heç bir iz qoymurlar.

Lamiyə müəllimə isə gördüyü işlər, xeyirxah əməlləri, səmimiyyəti və savadı ilə tanıyanların da, tanımayanların da qəlbində MÜƏLLİM adı ilə daim yaşayacaq.

Allah rəhmət eləsin.
Məkanın cənnət olsun.