Bu sevinc bizim sevincimizdir” — MDU ailəsi Türkiyənin 102-ci ildönümünü qeyd edir

InShot_20251029_114826298

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə təbrik məktubu

Hörmətli Türkiyə Respublikası rəhbərliyi, ali təhsil müəssisələrinin əməkdaşları və əziz qardaşlarımız!

Mingəçevir Dövlət Universiteti ailəsi olaraq, qardaş Türkiyə Cümhuriyyətinin 102-ci ildönümünü böyük qürur və sevinc hissi ilə qeyd edirik. Bu əlamətdar gün münasibətilə Türkiyə xalqını, dövlət rəhbərliyini və bütün elm və təhsil ictimaiyyətini ürəkdən təbrik edirik.

“İki dövlət, bir millət” prinsipi əsasında qurulmuş Azərbaycan–Türkiyə qardaşlığı bu gün hər zamankından daha möhkəmdir. Mədəni, elmi və təhsil sahəsindəki əməkdaşlığımız xalqlarımızın birliyini və dostluğunu daha da dərinləşdirir.

Son illərdə Mingəçevir Dövlət Universiteti ilə Türkiyənin bir sıra nüfuzlu ali təhsil müəssisələri arasında bağlanmış əməkdaşlıq sazişləri, birgə layihələr və elmi mübadilələr bu münasibətlərin bariz nümunəsidir. Bu əməkdaşlıqlar iki qardaş xalqın gəncləri üçün daha geniş bilik, təcrübə və inkişaf imkanları yaradır.

Mingəçevir Dövlət Universiteti ailəsi olaraq, əməkdaşlıq etdiyimiz qardaş Türkiyə universitetlərinin timsalında bu əlamətdar günün sevincini bölüşür, dostluq, elm və təhsil əlaqələrimizin daha da möhkəmlənəcəyinə inanırıq.

Türkiyə Respublikasının Gəncə Baş Konsulu cənab Recep Özop-a 102-ci ildönümünə həsr olunmuş mərasimə dəvətinə görə səmimi təşəkkürümüzü bildiririk.

Bu möhtəşəm yubiley münasibətilə qardaş Türkiyəyə sülh, inkişaf və rifah arzulayır, bir daha vurğulayırıq: İki dövlət — bir millət, bir gələcək!

Hörmətlə, Anar Eminov Rektor, Mingəçevir Dövlət Universiteti