Parklanma mədəniyyəti

InShot_20251108_181915252

Bəzən bir küçədən keçərkən görürük ki, kimsə maşınını elə park edib ki, nə yanından keçmək olur, nə də qarşıdan gələn maşın rahat döngə ala bilir. Bəlkə də o sürücü düşünür: “Beş dəqiqəlik işim var, kimə nə zərəri var ki?” Amma bəzən məhz o “beş dəqiqəlik” laqeydlik bir insanın həyatı bahasına başa gələ bilər.

Avtomobilini park etdikdən sonra bir dəfə ətrafına baxmaq o qədər də çətin deyil. Öz-özünə sual ver:

— Əgər indi buradan bir yanğınsöndürən maşın keçməli olsa, keçə bilərmi?

— Zibil maşını, təcili yardım, ya da bir tır döngədən dönə bilərmi?

Düzgün park etmək yalnız qaydaya riayət etmək deyil — hörmətin və məsuliyyətin göstəricisidir. Küçədə hər kəsin haqqı var: piyada, sürücü, təcili yardım işçisi və sənin özün.

Odur ki, maşını park etdikdən sonra tələsik qapını kilidləyib getməzdən əvvəl bir anlıq dayan, bax, düşün. Bəzən bir addımlıq diqqət bir çox insanın işini asanlaşdırar, bəzən isə bir həyatı xilas edər.