Qələbə” adlı teatral kompozisiya nümayiş olundu
Mingəçevir Dövlət Dram Teatrında “Qələbə” adlı teatral kompozisiya nümayiş olundu
8 noyabr – Zəfər Günü münasibətilə Mingəçevir Dövlət Dram Teatrında “Şanlı Qəlbəmizin” beş illik yubileyinə həsr olunan “Qələbə” adlı teatral kompozisiya nümayiş olunub. Tədbir saat 12:00-da başlayaraq teatrsevərlərə unudulmaz anlar yaşadıb.

Ssenari müəllifi və quruluşçu rejissoru Prezident mükafatçısı Cavid Təvəkkül olan səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb. Kompozisiyada Zəfər ruhunu, qəhrəman əsgərlərimizin igidliyini və xalqımızın sarsılmaz birliyini əks etdirən səhnələr yer alıb.

Tamaşa boyu səslənən zəfər ab-havalı şeirlər tamaşaya xüsusi emosional təsir qatıb. Bu nümunələr tanınmış şairlər İlqar Fəhmiyə və Ramiz Qusarçaylıya aiddir.

Onların poetik misraları səhnədəki dramatik duyğuları daha da gücləndirib və izləyiciləri Vətən müharibəsinin qürur dolu anlarına qaytarıb.

Kompozisiyanın bədii tərtibatında və aktyor ifalarında milli ruh, vətənpərvərlik duyğusu və səhnə mədəniyyəti harmonik şəkildə birləşib.

🎬 Prezident Mükafatçısı, “Tərəqqi” medallı kino və teatr rejissoru Cavid Təvəkkül — müasir Azərbaycan sənətinin parlaq simalarından biridir. O, həm kinoda, həm də teatr səhnəsində özünəməxsus üslubu, yaradıcı baxışı və milli ruhu ilə seçilir.
Cavid Təvəkkül yaradıcılığı ilə sənət aləmində fərqli bir nəfəs gətirib. Onun filmləri yalnız texniki baxımdan deyil, həm də dərin mənəvi-psixoloji qatları ilə tamaşaçını düşündürür, cəmiyyətin sosial və mənəvi problemlərinə incə sənət dili ilə toxunur.
Teatr sahəsində isə o, səhnəni bir həyat laboratoriyasına çevirir — aktyorların duyğularını, insan münasibətlərinin incəliklərini tamaşaçının gözləri önündə canlandırır.
Sənətə olan sevgisi, yaradıcılığa olan səmimiyyəti və Azərbaycan mədəniyyətinə verdiyi töhfələr Cavid Təvəkkülü bu gün ölkənin ən tanınmış və hörmət edilən rejissorlarından birinə çevirib.

Mingəçevir Dövlət Dram Teatrının istedadlı aktyoru — İbrahim Tüksoy Salamov
Uzun illərdir teatr səhnəsində müxtəlif janrlarda çıxış edən aktyor bu dəfə də Zəfər mövzusunda təqdim olunan teatral kompozisiyada uğurlu çıxışı ilə fərqlənib. Onun ifasında Vətənə sevgi, qürur və zəfər ruhu dərin emosional şəkildə tamaşaçılara çatdırılıb.
Qeyd edək ki, İbrahim Tüksoy Salamov Prezident təqaüdçüsüdür və “Zəfər” teatral kompozisiyasının ikinci rejissoru kimi də çıxış edib.
Esmira Hidayətova, Mingəçevir