Mingəçevir bələdiyyəsi Azərbaycan şəhər bələdiyyələrinin ümumi yığıncağındafFəal iştirak edib
Mingəçevir şəhər Bələdiyyəsi olaraq 14 noyabr 2025-ci il tarixində keçirilən Azərbaycan Şəhər Bələdiyyələrinin Ümumi Yığıncağında iştirak etmişik. Tədbirdə yerli özünüidarəetmənin inkişaf istiqamətləri, qarşıdakı prioritetlər və bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı ümumi mövqeyimizi təqdim etmişik.

Yığıncaq çərçivəsində bələdiyyə idarəçiliyində şəffaflığın artırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş-mərkəzli idarəetmənin gücləndirilməsi və institusional inkişafla bağlı bir sıra vacib məsələlər müzakirə olunub. Həmçinin bələdiyyələrin fəaliyyətinin daha səmərəli təşkili, rəqəmsal həllərin tətbiqi və yerli icmalarla əməkdaşlığın genişləndirilməsi kimi istiqamətlər diqqət mərkəzində olub.

Mingəçevir Bələdiyyəsi olaraq ölkəmizdə lokal idarəçilik sistemində aparılan islahatlara daim dəstək göstərir, şəffaf, innovativ və vətəndaş yönümlü idarəetmənin formalaşmasına öz töhfəmizi verməyə davam edirik.

Qarşıdakı dövrdə də şəhər sakinlərinin rifahına xidmət edən layihələrin həyata keçirilməsi, idarəetmədə açıq hökumət prinsiplərinin tətbiqi və ictimai iştirakçılığın artırılması əsas hədəflərimizdən olacaq.