Mingəçevirdə Şəhər İcra Hakimiyyəti yanında Şuranın növbəti iclası keçirilib
Noyabrın 25-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. İclasa şura üzvləri, şəhər təşkilatlarının rəhbərləri və Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri qatılıblar.

İclasın gündəliyinə dörd əsas məsələ çıxarılmışdı:
“Şəhər təsərrüfatının, idarə, müəssisə və təşkilatların 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlıq vəziyyəti haqqında”,
“Mingəçevir şəhərində tənha, ahıl və əlil vətəndaşlara göstərilən qulluğun təşkili vəziyyəti barədə Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran Regional filialının hesabatı”,
“Gənc nəslin milli və vətənpərvər ruhda, mənəvi dəyərlər əsasında tərbiyə edilməsi istiqamətində görülən işlərin vəziyyəti haqqında”,
“Mingəçevir şəhərində ümumi orta təhsilin və uşaqların təhsilə cəlb olunmasının vəziyyəti barədə Mərkəzi Aran Regional Təhsil şöbəsinin Mingəçevir sektorunun müdiri S. Həsənovanın hesabatı”.

Gündəlikdəki məsələlər səmərəli müzakirə olunub, hər bir mövzu üzrə müvafiq qərarlar qəbul edilib. İclasda diqqət xüsusilə payız-qış mövsümünə hazırlıq işlərinin vəziyyətinə, sosial qayğıya ehtiyacı olan vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinə və məktəblərdə təhsilin təşkili məsələlərinə yönəldilib.

Qəbul edilmiş qərarlara əsasən, şəhər təsərrüfatı obyektlərinin fəaliyyətinin davamlılığı təmin olunacaq, sosial xidmətlər daha da genişləndiriləcək və gənc nəsilin tərbiyəsi ilə bağlı əlavə tədbirlər həyata keçiriləcək.
Esmira Hidayətova, Mingəçevir