Mingəçevir polisi şagirdlərlə növbəti maarifləndirici görüş keçirib

InShot_20251213_100514210

Narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə təbliğat işlərini daha da gücləndirmək məqsədilə Mingəçevir şəhər ümumtəhsil müəssisələrində polisin maarifləndirici tədbirləri davam edir.Bu dəfə belə maarifləndirici tədbir İ.Qayıbov adına 10 saylı tam orta məktəbdə yuxarı sinif şagirdləri ilə keçirilib.
Əvvəlcə məktəbin direktoru Yeganə Kərimova polis əməkdaşlarına məktəb haqqında qısa məlumat verib.
ŞPŞ-nin rəisi , polis polkovniki Ədalət Əliyev görüşdə çıxış edərək gənclər arasında sağlam həyat tərzinin təbliği və narkomaniyaya qarşı mübarizə məqsədilə təhsil müəssisələrində “Narkomaniyaya və digər zərərli vərdişlərə yox deyək” adlı maarifləndirici görüşlərin mütamadi olaraq keçirildiyini bildirib. Qeyd edib ki, hüquq-mühafizə orqanlarının bu istiqamətdə apardığı profilaktik tədbirlər həyata keçirilir.

O, gəncləri asudə vaxtlarını səmərəli keçirməyə, sosial şəbəkələrdən istifadə zamanı ehtiyatlı olmalarını, idman və təhsilə üstünlük verməyə çağırdı. Həmçinin narkotik vasitələrin insan həyat və sağlamlığı üçün yaratdığı təhlükələrdən, sağlam gənc nəslin yetişməsindəki mənfi təsirlərindən danışıb. Polis rəisi real faktlara əsaslanaraq, gəncləri hüquqi baxımdan məlumatlı olmağa və bu kimi hallardan uzaq durmağa səslədi.


Tədbir çərçivəsində şagirdlərə Polis Akademiyasına qəbulun şərtləri, üstünlükləri və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verilib. Daha ətraflı video-çarx nümayiş olunub.
Bundan əlavə, yol hərəkəti qaydalarının gənclər arasında təbliğ olunması, antinarkotik təbliğatın gücləndirilməsi və digər zərərli vərdişlərə qarşı Polis Şöbəsinin digər əməkdaşları da çıxış edərək şagirdləri maarifləndiriblər.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Görüş gənclərin maariflənməsi və sağlam həyat tərzinə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıdı.

Esmira Hidayətova,Mingəçevir.