Buz bağlayan yolda avtomobil aşdı – VİDEO

1767443477.1767441364.695900145c5b7695900145c5b81767440404695900145c5b5695900145c5b6

FHN-in Mətbuat xidmətindən   verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması səbəbindən “TOYOTA” markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşdığı və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan vətəndaşların xilas olunması təmin edilib.