“Fayton LTD”nin 1,4 milyon manat vergi borcu var

b6de1c1807f8167c5d080cd860136f92_Untitled-1

Mətbəx, soyuducu və market avadnalıqları istehsalı ilə məşğul olan “Titan Group”a aid olan “Fayton LTD” Məhdud Məhsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə 1,5 milyon manata yaxın vergi borcu yaranıb.
Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Məmmədov Rahib Həbib oğlu olan “Fayton LTD” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1.457.025,35 AZN vergi borcu var.
Qeydiyyat ünvanı Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1a-da yerləşən “Fayton LTD” MMC-nin nizamnamə kapitalı 20 min manatdır.