Təhlükəsizlik İdarəsinə yeni rəis GƏTİRİLDİ – FOTO

1733816888_teyinat

Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinə yeni rəis təyin olunub.

Bölgə.az  “Teleqraf”a istinadən xəbər verir ki, general-leytenant Şahin Bağırovun imzaladığı əmrlə sözügedən vəzifəyə Şamil Həsənli gətirilib.

Qeyd edək ki, 31 yaşlı Ş.Həsənli Vətən müharibəsi iştirakçısıdır. O, 2024-cü ildə Gəncə Gömrük İdarəsinə rəis təyin olunmuşdu.