Azərbaycan Kuboku: Daha iki oyun keçiriləcək

568783f2d72eb950d797a6a5bd6f8a82_5b27801d-9a8e-30d4-98d0-e017be44e44c_825

Bu gün Basketbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

Qaynarinfo-nun məlumatına görə, qarşılaşmalardan biri Şəkidə, digəri Bakıda baş tutacaq.
Saat 17:00-da “Şəki” “Sərhədçi”ni, 19:00-da isə NTD “Sumqayıt”ı qəbul edəcək.
Ötən gün “Quba” “Naxçıvan”ı (105:98), “Neftçi” “Lənkəran”ı (86:54) üstələyərək 1/4 finala vəsiqə qazanıb.
“Şəki” – “Sərhədçi” cütünün qalibi növbəti raundda “Abşeron Lions”la, NTD – “Sumqayıt” duelinin güclüsü isə “Ordu” ilə üz-üzə gələcək. 1/4 finalda “Quba” “Sabah”la, “Neftçi” isə “Gəncə” ilə görüşəcək.