Naxçıvanda iki türk tələbə dəm qazından boğulub öldü – FOTO

1768417501_598175160_1433417555155473_2012573701236512198_n

Naxçıvanda iki tələbə dəm qazından zəhərlənərək ölüb.

Bolge.az Nuhçıxan-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb.

Məlumata görə, Ahmet və Büşra adlı tələbələr Türkiyə vətəndaşlarıdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, onlar Naxçıvan Dövlət Universitetinin tələbələri imiş.