Elzanı lağa qoyanları qınadı

1768675082_304694_9ytnm1tzny

Əməkdar artist Lalə Məmmədova və müğənni Zamiq Hüseynov “İki başlı” proqramında qonaq olublar.

Verilişdə L.Məmmədovadan “Elza Seyidcahanla, yoxsa Əli Mirəliyevlə birlikdə qalmaq istəyərdiniz” deyə, soruşulub:

O, cavabında “Elza ilə. Əli Mirəliyevlə də dil taparam, amma Elza xanımla maraqlı olar” deyə, bildirib.

Zamiq onun bu sözlərini təsdiqləyib və bəzi verilişlərdə E.Seyidcahan haqqında səsləndirilən fikirləri qınayıb:

“Elza sənətkardır. Onu hamı başa düşmür. Bəzən “xırda verilişlər” olur ki, Elza xanımı lağa qoyurlar, bu, mənim xətrimə dəyir. Elza xanım böyük sənətkardır. O, adi bir insan deyil”