ARDNF-in qızıl ehtiyatları 200 tona çatdı

19a8e15f7054c07133e218910e3a65f9_qizilehtiyatlari

2025-ci ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 53,4 ton qızıl alıb və qızıl ehtiyatlarını 200 tona çatdırıb.
Bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bu il yanvarın 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 38,2 % olub ki, bu da 1 il əvvələ nisbətən 17,6 faiz bəndi çoxdur. Bu artımda qızıl alışı ilə yanaşı, onun qiymətinin artması da rol oynayıb.