“Qarabağ”ın məğlub etdiyi klub yeni baş məşqçisini açıqladı

1769798991_screenshot_20

Almaniyanın “Ayntraxt” (Frankfurt) komandası baş məşqçi postuna Sloveniyanın “Sele” klubunun “sükanı arxasında” olan Albert Rieranı təyin edib.

Bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

A.Riera 2024-cü ildən Sloveniya təmsilçisinə rəhbərlik edirdi.

Qeyd edək ki, “Qarabağ” cari mövsüm UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda “Ayntraxt”ı Bakıda 3:2 hesabı ilə məğlub edib.