Azərbaycanda mobil rabitə sektoru rekord gəlir əldə etdi
2025-ci il Azərbaycanda mobil rabitə sektorunun maliyyə baxımından olduqca uğurlu ili kimi yadda qalıb. Ölkədə fəaliyyət göstərən mobil operatorlar il ərzində ümumilikdə 1,3 milyard manat gəlir əldə edərək bazarın dinamik inkişaf etdiyini və xidmətlərə olan tələbatın artdığını bir daha nümayiş etdiriblər. Bu göstərici həm rəqəmsallaşmanın sürətlənməsinin, həm də mobil xidmətlərin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsinin bariz nümunəsidir.