Əməkdar artist Şıxı Yaqubovun ad günüdür

InShot_20260203_214304179

Bu gün Respublikanın Əməkdar artisti, Mingəçevir Dövlət Dram Teatrının sevilən və tanınmış aktyoru Şıxı Yaqubovun ad günüdür.

Uzun illərdir səhnədə yaratdığı yaddaqalan obrazlarla teatrsevərlərin böyük rəğbətini qazanan Şıxı Yaqubov Azərbaycan teatr sənətinin inkişafına mühüm töhfələr verib. Onun yüksək peşəkarlığı, sənətinə olan bağlılığı və səmimiyyəti həm tamaşaçılar, həm də sənət yoldaşları tərəfindən daim yüksək qiymətləndirilir.

Bu əlamətdar gün münasibətilə Şıxı müəllimi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar və səhnə nailiyyətləri arzulayırıq.