Liviya sahillərində 53 miqrant suda boğulub
Liviya sahillərində batan qayıqda iki körpə də daxil olmaqla təxminən 53 qanunsuz miqrant ölüb.
Bu barədə “əl-Hadath” TV-nin məlumatına görə,
Saharaaltı Afrikadan olan insanları daşıyan qayıq Liviyanın Zuvara şəhərinin sahillərinin şimalında çevrilib.
Liviya hakimiyyəti tərəfindən aparılan axtarış-xilasetmə əməliyyatı zamanı yalnız iki qadın xilas edilib.
Onu da qeyd edək ki, Aralıq dənizində miqrantları daşıyan qayıqların batması ilk hadisə deyil. Son illərdə İtaliya və Yunanıstan sahillərində 10-dan artıq qayıq batıb.