Gəncədə evdə yanğın – Tüstüdən zəhərlənənlər var

1771259133_yanin-fhn-qu

Gəncədə evdə yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin qəsəbələrindən birində qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində 2004-cü il təvəllüdlü Gülər Nəbiyeva, 1989-cu il təvəllüdlü Nemət Mövsümovun tüstüdən zəhərləndiyi ehtimal olunur.

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb olunub.

Alovun söndürülməsi istiqamətində iş aparılır.