“Memar Əcəmi” metro stansiyasının 4-cü çıxışı açılıb

1771423117_screenshot-2026-02-18-175627

“Bakı Metropliteni” QSC Yaşıl xəttinin “Memar Əcəmi” stansiyasının ikinci vestibülünün keçidində aparılan təmir işlərini başa çatdırıb.

Bu barədə  səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, müvəqqəti olaraq bağlanan 4-cü çıxış təkrar sərnişinlərin istifadəsinə verilib. Görülən işlər çərçivəsində keçid hissəsi yenilənib, infrastruktur daha təhlükəsiz və funksional hala gətirilib, sərnişin axınının rahat tənzimlənməsi üçün şərait yaxşılaşdırılıb.

Təmir işlərinə bu il yanvarın 6-da başlanılmışdı.