FİFA Qəzza bölgəsində 50 kiçik stadion tikəcək

1771520739_fifa-bina

FİFA və Sülh Şurası Qəzza bölgəsində futbol üçün 50 kiçik stadion tikəcək.

Bu barədə FIFA prezidenti Canni İnfantinonun Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında çıxışından sonra yayımlanan video təqdimatda qeyd olunub.

Bildirilib ki, hər bir stadionun tikintisi 50 min dollara başa gələcək və bu ümumilikdə 2,5 milyon dollar investisiya deməkdir.