“Fənərbağça” İngiltərə klubuna uduzdu

1771530139_1251735_fenerbahce_2

Türkiyənin “Fənərbağça” klubu UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

İngiltərənin “Nottinqem Forest” kollektivi ilə qarşılaşan Domeniko Tedeskonun baş məşqçisi olduğu kollektiv 0:3 hesabı ilə uduzub.

İstanbulda baş tutan matçda qolları Murillo (21), İqor Jesus (43) və Morqan Qibbs-Uayt (50) vurublar.

Qeyd edək ki, pley-off mərhələsinin cavab qarşılaşmaları fevralın 26-da baş tutacaq.