Trampın iqamətgahının ərazisinə girən silahlı şəxs zərərsizləşdirilib

1771770227_screenshot_11

ABŞ Məxfi Xidməti səhər saatlarında Donald Trampın Floridadakı iqamətgahı – Mar-a-Laqo ərazisinə qanunsuz daxil olan silahlı şəxsi zərərsizləşdirib.

Hadisə barədə Məxfi Xidmətin “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Xidmətin məlumatına görə, həmin şəxs Mar-a-Laqo malikanəsinin şimal darvazası yaxınlığında ov tüfənginə bənzər əşya və yanacaq bidonu ilə görülüb. Hadisə yerinə agentlər və Palm-Biç dairəsinin şerif müavini gəlib.

Qeyd olunub ki, Tramp hazırda Vaşinqtondadır.