Azərbaycan gimnastları Dünya Kubokunu altı medalla başa vurublar

1771762264_trend_gimnastika_tedbir_7

Azərbaycan gimnastları Bakıda keçirilən Dünya Kubokunu altı medalla başa vurublar.

Son olaraq Selcan Mahsudova – Maqsud Mahsudov cütü qarışıq sinxron proqramda qızıl mükafat qazanıblar.

Onlar yarışda birinci yeri tutublar. Daha əvvəl tamblinqçilərdən Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş medala yiyələnib.

Batutçulardan Maqsud Mahsudov – Hüseyn Abbasov cütü və Selcan Mahsudova – Şəfiqə Hümbətova cütü sinxron proqramda bürünc, Selcan Mahsudova fərdi yarışda gümüş mükafata sahib çıxıb.