Qəzzada ölənlərin sayı 72 mini keçdi
İsrail ordusunun 2023-cü ilin oktyabr ayından etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində ölənlərin sayı 72 min 73 nəfərə çatıb.
Xarici mətbuat xəbər verir ki, son 24 saat ərzində Qəzza xəstəxanalarına 1 nəfərin meyiti və 8 yaralı gətirilib.
Məlumata görə, 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəsə baxmayaraq hücumlar davam edib. Atəşkəs dövründə 615 nəfərin həlak olduğu, 1651 nəfərin yaralandığı, həmçinin dağıntılar altından 726 cəsədin çıxarıldığı qeyd olunub.
Açıqlamada vurğulanıb ki, 2023-cü ilin oktyabr ayından bu günə qədər hücumlar nəticəsində ümumilikdə 72 min 73 nəfər həyatını itirib, 171 min 749 nəfər isə yaralanıb.
Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı bildirilir.