Mingəçevir bağçalarında uşaqlara ayrılan qidalar haradadır?
Azərbaycan Respublikasında uşaq bağçaları və körpələr evlərində uşaqların qidalanması qanunla müəyyən olunmuş normativlər əsasında təşkil edilməlidir. Bu normalar uşaqların sağlam inkişafı üçün vacib olan gündəlik qida rasionunu, yeməklərin növünü və qramajını açıq şəkildə müəyyən edir.
Əziz Mingəçevir şəhər sakinləri, əziz valideynlər!
Bu xəbər hamımız üçündür. Xahiş edirik, oxuyun, müqayisə edin və biganə qalmayın.
Qanuna görə uşaqlara nə verilməlidir?
Rəsmi normativlərə əsasən (3–6 yaşlı uşaqlar üçün), bağçalarda uşaqlara gün ərzində aşağıdakı miqdarlarda yeməklər verilməlidir:
Səhər yeməyi
Sıyıq və tərəvəz yeməkləri – 180–200 qram
Ət və ya balıq yeməyi – 70–80 qram
Tərəvəz salatı – 40–50 qram
Süd və ya çay – 180–200 ml
Nahar
Salat və qəlyanaltı – 50–60 qram
Şorba – 180–200 qram
Ət, balıq və ya quş əti – 70–80 qram
Qarnir (düyü, makaron, yarmalar) – 130–150 qram
Kompot və ya digər içki – 180–200 ml
Günorta (yüngül yemək)
Süd məhsulları – 200 ml
Qənnadı məhsulları – 70–90 qram
Təzə meyvə – 150–200 qram
Axşam yeməyi
Tərəvəzli və ya ətli yemək – 200–250 qram
Süd və ya qatıq – 200 ml
Təzə meyvə – 100–120 qram
Bu sadəcə tövsiyə deyil — bu, uşaqların hüququdur.
Reallıq isə necədir?
Valideynlərin və bağça işçilərinin söylədiklərinə görə, bir çox hallarda:
Yeməklərin qramajı azdır,
Ət və balıq məhsulları formal şəkildə verilir,
Meyvə və süd məhsulları ya ümumiyyətlə verilmir, ya da çox az miqdarda təqdim olunur,
Menyuda yazılanla uşağa verilən arasında ciddi fərq var.
Bəs ayrılan vəsait hara gedir?
Uşağın payı niyə boşqabda görünmür?
Valideynlər nə etməlidir?
Bağçanın həftəlik menyusunu tələb edin
Uşağınızdan nə yediyini soruşun
Digər valideynlərlə müqayisə aparın
Uyğunsuzluq varsa, susmayın və aidiyyəti qurumlara müraciət edin
Bu məsələ təkcə bir ailənin yox, bütün şəhərin problemidir.
Uşaqların boğazından kəsilən hər pay – cəmiyyətin gələcəyindən kəsilir
Mingəçevirdə fəaliyyət göstərən bağça və körpələr evlərində uşaqlara ayrılan qidaların kağız üzərində qalmasına yox, real şəkildə verilməsinə ictimai nəzarət vacibdir.
Bu xəbər bir xəbərdarlıqdır.
Bu, valideynlərin səsidir.
Bu, uşaqların haqqıdır.