Mingəçevir Dövlət Universitetində yeni kampusun tikintisinə start verildi

IMG-20250906-WA0048

Mingəçevir Dövlət Universitetinin (MDU) yeni kampusunun tikintisinə rəsmi olaraq başlanılıb. Bu münasibətlə universitetin rektoru Anar Eminov kampus ərazisinə baxış keçirib və aparılan işlərlə tanış olub.

7 hektar ərazidə inşa ediləcək müasir kampus universitet kollektivi və tələbələr üçün geniş imkanlar yaradacaq. Layihə çərçivəsində aşağıdakı infrastruktur obyektlərinin istifadəyə verilməsi nəzərdə tutulur:

  • Tədris binaları
  • Konfrans zalı və kitabxana
  • Oğlan və qız tələbələr üçün yataqxanalar, müəllimlər üçün studio tipli mənzillər
  • Hotel binası
  • Peşə məktəbi
  • Açıq və qapalı idman zalları
  • Müasir laboratoriyalar
  • Biznes inkubasiya və startap mərkəzləri
  • Tələbələr üçün müxtəlif istirahət və asudə guşələr

Yeni kampus layihəsi MDU-nun yalnız tədris imkanlarını genişləndirməklə kifayətlənməyəcək, həm də universitetin regionun aparıcı ali təhsil müəssisələrindən biri kimi mövqeyini daha da möhkəmləndirəcək.

Esmira Hidayətova, Mingəçevir