Mingəçevirdə genişmiqyaslı təmizlik və abadlıq tədbirləri davam edir

InShot_20250908_165749839

Mingəçevir şəhərində abadlıq və təmizlik işləri planlı şəkildə davam etdirilir. Şəhərin müxtəlif yaşayış massivlərində, prospekt və küçələrində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTB) Ərazi Xidmət Sahələri tərəfindən mütəmadi olaraq həyata keçirilən tədbirlər çərçivəsində əhalinin rahatlığı, şəhərin ekoloji mühitinin yaxşılaşdırılması və ümumi abadlıq səviyyəsinin artırılması məqsədi daşıyır.

Budəfəki təmizlik aksiyası şəhərin mühüm ərazilərini əhatə edib. Xüsusilə Kür çayı hövzəsində, həmçinin M. Rəhimov, Puşkin, İxtiyar Qasımov, Energetik və Samux küçələrində genişmiqyaslı işlər görülüb.

Ərazilər məişət tullantılarından, kol-kosdan, qamışdan, xəzəldən, alaq otlarından və toz-torpaqdan təmizlənib.

Bununla yanaşı, çayın sahilboyu hissəsində də xüsusi təmizlik işləri aparılıb. Toplanmış tullantılar isə tam şəkildə daşınaraq müvafiq poliqonlara yönləndirilib.

Şəhər sakinləri bildirirlər ki, bu cür aksiyalar həm ətraf mühitin qorunması, həm də əhalinin sağlamlığı üçün olduqca vacibdir. Təmizlik işləri nəticəsində küçə və prospektlərin görünüşü daha səliqəli olub, şəhərin ekoloji mühiti yaxşılaşıb.

Mingəçevir MKTB-dən verilən məlumata görə, bu tədbirlər mütəmadi xarakter daşıyır və qarşıdakı dövrdə də şəhərin müxtəlif istiqamətlərində oxşar aksiyalar davam etdiriləcək. Məqsəd şəhəri daha abad, daha yaşıl və sağlam mühitə çevirməkdir.