Mingəçevirin rifahı üçün addımlar genişlənir – İcra başçısının sakinlərlə görüşü
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü sentyabr ayının 18-də energeyiklər yaşayış massivində, 8 nömrəli tam orta məktəbin akt zallnda keçirilib.

Görüşdə şəhər İcra Hakimiyyəti başçısı aparatınln məsul əməkdaşları, şəhər prokuroru, polis şöbəsinin rəisi, yaşayış massivindəki müxtəlif küçələrdən gəıən sakinlər, idarə və müəssisəlırin rəhbərləri, mətbuat nümayəndələri iştirak ediblər.

Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamları ilə ölkəmizin bütün bölgələrində olduğu kimi Mingəçevirdə də geniş abadlıq-quruculuq işlərinin həyata keçirildiyini bildirib.

Abadlıq işləri çərçivəsində sakinlərin asudə istirahəti üçün nümunəvi məhələlərin yaradıldığını, uşaq və gənclərin sağlamlığı və əylənməsi üçün idman meydançalarının hazırlandığını, işlqlanma nöqtələrinin artırıldığını, asfaltlanma işlərinin aparıldığını qeyd edib. İşsizliyin aradan qaldırılması məqsədi ilə sənaye parkının genişləndirilməsi istiqamətində layihələrin hazırlandığı vurğulanıb.

Çıxış edən sakinlər şəhərdə, o cümlədən energetiklər yaşayış massivində həyata keçirilən abadlıq-quruculuq və əsadlı təmir işlərinə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər. Bəzi yollarda asfalt örtüyündə olan bərbad vəziyyət, zirzəmilərin su ilə dolması və dezinfeksiya işlərinin aparılmaması, su sayğacı, mənzillərdə işıqların yağışlı günlərdə sönməsi və digər məsələlər diqqətə çatdırılıb. Vətəndaşlar yaşayış massivində yeni istirahət parkının yaradılması təklifi ilə də müraciət ediblər.

Sakinləri dinləyən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müvafiq müəssisələrin rəhbərlərinə vətəndaşın iştirakl ilə mövcud problemlərlə yerində tanış olmağı, qısa müddət ərzində həll etməyi tapşırıb.

Qeyd edib ki, İcra Hakimiyyətində təsdiq olunan tədbirlər planına uyğun olaraq Mingəçevirin gözəlləşməsi, insanların rifah halının yaxşılaşdırılması üçün bundan sonra da fəaliyyətimizin sahəsi genişlənəcəkdir.
Esmira Hidayətova, Mingəçevir