Nəriman Həsənzadə xəstəxanadan evə buraxıldı

mehriban-eliyeva-vetene-ve-xalqa-xidmet-numunesi

Xalq şairi Nəriman Həsənzadə müalicə aldığı Mərkəzi Klinikadan evə buraxılıb.

Bu barədə Oxu.Az-a Xalq şairinin köməkçisi Arif Mehmandost açıqlama verib.
Onun sözlərinə görə, N.Həsənzadə müalicəsini ev şəraitində davam etdirəcək:
“Həkim bildirib ki, vəziyyəti yaxşıdır və bayramı evdə keçirə bilər. Müalicəsi həkim nəzarəti altında evdə davam etdiriləcək”.
Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlə əlaqədar müalicə alırdı.