Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib
Noyabrın 7-də Mingəçevirdə ağacəkmə aksiyası keçirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin dəstəyi, Kapital Bank ASC-nin “Qırmızı ürəklər” layihəsi çərçivəsində şəhərin şərq giriş qapısı yaxınlığında olan yaşıllıq zolağında,

280 metrlik ərazidə birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qəhrəmanlar bağı”nda şam ağacı tinglıri əkilib.

Bağın ətrafı Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçiləri tərəfindən dəmir hasar çəkilib, ağac əkimi üçün çalalar qazılıb. Aksiyada Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələrinin üzvləri, qazlilər, tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 8 noyabr Zəfər Günü münasibəti ilə təbriklərini çatdıraraq şəhidlərimizə Allahdan rəhmət diləyib, qazlilərimizə can sağlığı arzulayıb.
“Qəhrəmanlar bağı”nda əkilən həmişəyaşıl ağacların şəhidlərimizin xatirısinə ehtiram olduğunu bildirib.

Kapital Bank ASC-nin Mingəçmevir filialının müdiri Səbuhi Muxtarov, “Qırmızı ürəklər” Fondunun prezidenti Yusif Poladov 2020-ci ildən başlanan bu layihənin uğurla icra olunduğunu qeyd ediblər. Aksiyada 200-dən artıq şam ağacl tingləri əkilib, dibləri suvarılıb.

Esmira Hidayətova, Mingəçevir