Xəlil Göyüşovun oğlunun klinikası apellyasiya şikayəti verdi, təmin olunmadı
“Vest Hospital” cərimə cəzası ilə bağlı apellyasiya şikayəti verib.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin tərəfindən tərtib edilən cərimə protokolu ilə bağlı şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Zamin İbrahimovun sədrliyi ilə baxılıb.
“Vest Hospital” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi “Vest Hospital”da yoxlama aparıb və pozuntular aşkarlanıb. Belə ki, ümumi cərrahların plastik cərrahiyyə ixtisası üzrə sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyətinə buraxılması faktı aşkar edilib. Həmçinin müəssisədə tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyinin təsdiq etdiyi formalarla aparılsa da, qaydaların tələbləri qismən təmin olunmayıb.