Antalyada bələdiyyədə korrupsiya əməliyyatı keçirilib, 10 şübhəli saxlanılıb

1766734352_ytugyhuj

Türkiyənin Antalya şəhərində, Döşəməaltı Rayon Bələdiyyəsində korrupsiya ilə mübarizə çərçivəsində əməliyyat keçirilib.

Bu barədə “Haber Global” məlumat yayıb. Bildirilib ki, əməliyyat çərçivəsində dövlətə maddi ziyan vurmaqda şübhəli bilinən 10 nəfər saxlanılıb.
Qeyd edək ki, Döşəməaltı Rayon Bələdiyyəsi hazırda Cümhuriyyət Xalq Partiyasının (CHP) idarəçiliyi altındadır.