Erməni hərbçinin meyiti tapıldı

1770484103_ef7ce14c-06df-31ce-8d39-5141c3c6

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində müqaviləli hərbçinin meyiti tapılıb.

Bu barədə müdafiə idarəsindən bildirilib.

“7 fevral tarixində Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müqaviləli hərbçi Davit Armenoviç Manukyanın meyiti aşkar edilib”, – məlumatda qeyd olunub.

Hadisə ilə bağlı araşdırma başladılıb.