Mingəçevir Dövlət Universitetinin 62 yaşlı məzununa diplomu təqdim edilib

IMG-20251121-WA0068

2025-ci ilin 21 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) 62 yaşlı məzunu Cəlilov Rəhmana bakalavriat səviyyəsi üzrə diplomu təqdim edilib.

O, MDU-da “İqtisadiyyat” ixtisası üzrə qiyabi formada təhsil alıb və bu müddətdə həm iş həyatını, həm də ali təhsili uğurla bir arada aparmağı bacarıb.

Hazırda Dövlət Su Ehtiyatları Agentliyində çalışan Cəlilov Rəhman uzun illər sonra universitet auditoriyasına qayıtmasını həyatının ən doğru qərarlarından biri kimi qiymətləndirib. O, MDU-da keçdiyi təhsil yolunun ona yeni bilik, peşəkar inkişaf və geniş dünyagörüşü qazandırdığını bildirib.

Universitetdən ayrılarkən öz təəssüratlarını bölüşən məzun bu illəri “çox dəyərli və xoş xatirələrlə dolu” adlandırıb və MDU-nun rəhbərliyi, müəllim heyəti və yaradılan tədris mühiti barədə yalnız müsbət fikirlər səsləndirib.

Mingəçevir Dövlət Universiteti isə bütün məzunları kimi uzun illərin təcrübəsini ali təhsillə tamamlayan Rəhman Cəlilovu da ürəkdən təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayır.