Putin Paşinyanla görüşəcək
Bu gün Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.
Bu barədə jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov bildirib.
“Çoxtərəfli tədbirdən (MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü – red.) sonra Putin Ermənistanın Baş naziri Paşinyanla ikitərəfli görüş keçirməyi planlaşdırır”, – D.Peskov deyib.