“Qrenlandiyanın ABŞ xəstəxana gəmisinə ehtiyacı yoxdur”

1771759998_2slfc2hq4cz1hep3vvqdzxjpe6rk3ldt

Qrenlandiyanın səhiyyə sistemi xarici yardıma ehtiyac duymur.

Bu barədə Danimarkanın müdafiə naziri Troels Lund Poulsen ABŞ prezidenti Donald Trampın sakinlərə tibbi yardım göstərmək üçün adaya xəstəxana gəmisinin göndəriləcəyi barədə açıqlamasına cavabında bildirib.

“Qrenlandiya əhalisi lazımi tibbi yardımı adanın özündə alır. Qrenlandiyalılar Danimarkada da ixtisaslaşmış yardım ala bilərlər. Adanın səhiyyə xidmətinin təmin edilməsi üçün xüsusi tədbirlərə ehtiyac yoxdur. Qrenlandiya hökuməti artıq bunun üzərində işləyir və Birlik (Danimarka, Farer adaları və Qrenlandiya – red.) lazım gələrsə, bunu edəcək”, – deyə nazir bildirib.