Ramzan Kadırovun oğlu Qroznıda ağır qəzaya düşüb – TƏFƏRRÜAT
Çeçenistan rəhbərinin oğlu Adam Kadırov Qroznıda yol qəzasına düşüb, bundan sonra onu Respublikanın Birinci Klinik Xəstəxanasına çatdırıblar. Kiçik Kadırov ağır vəziyyətdədir.
Bu barədə ilk məlumatı “Kavkaz.Realii” nəşrinin iki mənbəsi təsdiqləyib.
“Xəstəxanaya gedən yollar bağlanıb, çünki ora Adamı gətiriblər, deyildiyinə görə o, reanimasiyada huşsuz vəziyyətdədir. Kadırovun oğlunun durumu barədə dəqiq məlumatımız yoxdur”, — deyə “Kavkaz.Realii”nin mənbələrindən biri vurğulayıb.
NIYSO-nun məlumatına görə, Adam Kadırovun korteji “adətən olduğu kimi yüksək sürətlə hərəkət edirdi və qəfil maneə ilə qarşılaşıb”. Qeyd edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində xeyli sayda zərərçəkən var. Qəzadan sonra Qroznı şəhərində yollar bağlanıb, respublika xəstəxanası fəaliyyətini dayandırıb.