Rusiya və Ukrayna Zaparojye AES ərazisində lokal atəşkəsə razılıq verdi

1768668632_default-8

Beynəlxalq Atom Enerjisi Agentliyi Rusiya və Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası ərazisində lokal atəşkəsə razılıq verdiyini açıqlayıb.

Bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, atəşkəs vasitəsilə yanvarın 2-də endirilmiş zərbə nəticəsində zədələnmiş ehtiyat elektrik xəttinin təmiri planlaşdırılır.

Rusiyanın Vyanadakı Beynəlxalq Təşkilatlardakı Daimi Nümayəndəsi Mixail Ulyanov bildirib ki, “təmir işləri müddətində lokal atəşkəs barədə razılıq əldə edilib”.