Təyyarə oğurlamaq istədi, qəza törətdi – FOTO

1766150403_screenshot-2025-12-19-171417

ABŞ-də təyyarə oğurlamaq istəyən şəxs qəza törədib.

Bolge.Az xəbər verir ki, hadisə Los-Anceles şəhərində baş verib.

Şübhəli Van Nuys hava limanının icazəsiz hissəsində saxlanılan tək mühərrikli “Cessna C172” təyyarəsini oğurlamağa cəhd edib.

Şübhəlinin qaçırdığı təyyarə uçuş-enmə zolağından belə çıxa bilməyib və anqar divarına çırpılıb.

Polis rəsmiləri qəzada yaxınlıqdakı infrastrukturun zədələndiyini və şübhəlinin saxlanıldığını bildiriblər.

Qəza yerinin görüntülərində anqar divarında böyük bir dəlik görünür.