Türkiyə ilə sərhəddəki yeddi hektarlıq TIR parkının yenidənqurmadan sonrakı GÖRÜNTÜLƏRİ

QUqq6a3CEN6EmzLq3rfUuO8mml8q7brZPG0dHqhr_1200

Türkiyə Respublikası ilə sərhəddə yerləşən Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun yaxınlığındakı TIR parkında əsaslı yenidənqurma işləri aparılıb.

Bolge.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, 7.34 hektar sahəni əhatə edən TIR parkın ərazisinə asfalt örtüyü çəkilib, xətləmə işləri aparılıb, yeni işıqlandırma dirəkləri quraşdırılıb.

“Yenilənmiş TIR parkının istifadəyə verilməsi yükdaşımalarının vaxtında icrası, nəqliyyat vasitələrinin gözləmə müddətinin azaldılması və xidmət keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır”, – məlumatda qeyd olunub.