Ağcabədidə 18 yaşlı oğlanın meyiti meşədən tapıldı

1767891682_meyit

Ağcabədidə Ağsu sakininin meyiti aşkar edilib.

Bolge.az xəbər verir ki, hadisə Ağcabədi rayon ərazisində yerləşən meşə massivində qeydə alınıb.

Məlumata görə, tapılan kişi meyitinin Ağsu rayon sakini, 2008-ci il təvəllüdlü Xasayev Çingiz Gündüz oğluna məxsus olduğu müəyyən edilib. İlkin araşdırmalar zamanı məlum olub ki, Ç. Xasayev sözügedən meşəlik ərazidə yerləşən fermalardan birində çoban işləyirmiş.

Faktla araşdırma aparılır.