BakıBus avtobusu idarəetməni itirərək bulvar ərazisinə girib – xəsarət alanlar var
Bu gün səhər saatlarında paytaxtın Neftçilər prospektində BakıBus MMC-yə məxsus sərnişin daşıma avtobusu qəza törədib. İlkin məlumata görə, avtobus hərəkət zamanı idarəetməni itirərək dənizkənarı bulvar ərazisinə daxil olub.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Qəza yerinə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Hazırda hadisənin səbəbləri araşdırılır, əlavə məlumatlar ictimaiyyətə təqdim ediləcək.