Gəncədə iki qadını maşın vurdu

1770911572_qeza-gece

Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf xəbər verir ki, avtomobil yolu keçmək istəyən Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Ləman Hüseynova və Gədəbəy rayon sakini 1979-cu il təvəllüdlü Ruhiyyə Məmmədovanı vurub.

Hər iki şəxs Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.